Putin vaxt qazanmaqla ateşkəs üçün vəziyyəti izləyir” .
Politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında bildirib ki, ABŞ Konqresi və Senatı Trampdan verdiyi vədləri yerinə yetirməsini və Rusiyaya qarşı sanksiyalar paketini təqdim etməsini tələb edir. Bu prosesin vaxtının Tramp tərəfindən uzadıldığını və Rusiya tərəfindən də diqqətlə izlənildiyini vurğulayıb.
Mustafayev qeyd edib ki, Putin eyni zamanda Avropa İttifaqı ölkələrinin Trampla ortaq mövqedə olduğunu da görür. ABŞ-ın Avropa ölkələrinə istədiyi silahları satması və NATO üzv dövlətlərinin müdafiə xərclərinin artması Moskvanı narahat edir.
Politoloq əlavə edib ki, Ukraynada intensiv dron hücumları davam etsə də, quru əməliyyatlarında irəliləyiş əsasən Rusiya tərəfinin əlindədir. Bütün bu vəziyyətlər göstərir ki, Putin mövcud vəziyyətdə vaxt qazanaraq ateşkəsin şərtlərini izləyir və razılıq əldə olunana qədər proses uzana bilər.
News365.az