Rusiya Ukraynanın Sumı regionuna hücum edib

Rusiya Ukraynanın Sumı regionuna hücum edib
21:00

Rusiya Ukraynanın Sumı bölgəsinə hücum edib.

News365.az  “UNİAN“a istinadən xəbər verir ki, bu barədə Sumı regional hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov özünün “Teleqram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım maşınları hadisə yerinə cəlb edilib. Hücumun qurbanlarının sayı ilə bağlı məlumat araşdırılır.

Qriqorov əhalini yenidən baş verməsi ehtimal olunan hücumlara qarşı ehtiyatlı olmağ çağırıb.

Qeyd edək ki, bu, Rusiyanın gün ərzində Sumı regionuna ikinci hücumudur. İlk hücum yerli vaxtla səhər saat 07:00 radələrində qeydə alınıb, iki dron iki avtomobilə həmlə edib. Nəticədə 73 yaşlı kişi həyatını itirib.


Sizin reklam burada
Sizin reklam burada