“Allahln evi”ndə moda nümayiş etdirmək olarmı? - İlahiyyatçıdan AÇIQLAMA

“Allahln evi”ndə moda nümayiş etdirmək olarmı? - İlahiyyatçıdan AÇIQLAMA
09:44

Çində təəccüb doğuran hadisə yaşanıb. Beləki Almaniyanın məşhur idman geyimləri istehsalçısı "Adidas" Şanxay şəhərində yerləşən bir kilsəni brendləyərək özünün "Adidas Originals" xətti üçün dəb gecəsi təşkil edib.

Tədbir zamanı kilsənin interyeri "Adidas"ın simvolu olan üç zolaqla bəzədilib, binanın fasadına isə "Adidas Originals" loqotipinin silueti asılıb.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu addımı qeyri-etik və dini məkanların ticarət məqsədilə istifadə olunması kimi qiymətləndirsə də, digərləri böyük maraqla qarşılayıb.

Mövzu ilə bağlı fikirlərini News365.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, kilsələr, məscidlər, sinaqoqlar ibadət üçündür:

“Təyinatı Allahla rabitə məkanı olaraq nəzərdə tutulub. Orada dəb gecələri, festivallar keçirmək doğru deyil. Hər tədbirin öz yeri var. İbadət evi başqadır, mədəniyyət evi başqa. Allahın evi yalnız ona dua etmək üçündür. Bu məkanlarda fərqli tədbirlərin olması dini cəhətdən qəti qadağan olmasa da ənənəvi yöndən, həm də mahiyyəti üzrə bəyənilməyən əməldir”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada