“İlk iki məhkəmə xeyrimizə qərar çıxartsa da...”- Amobillərinə həbs qoyulan İsfəndiyar Axundovdan EKSKLÜZİV AÇIQLAMA

“İlk iki məhkəmə xeyrimizə qərar çıxartsa da...”- Amobillərinə həbs qoyulan İsfəndiyar Axundovdan EKSKLÜZİV AÇIQLAMA
21:45

Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub. İş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub.

İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dolları borcun olmasıdır. “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub.
 

Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, həmin avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.


Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə “Lamborghini Plug-İn Hibrid” hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.

Aşağıdakı avtomobillərə də həbs qoyulub:

- “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, "JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Rio minik” markalı, “PF” və "PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Carnival” markalı, "AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdi
r.

Məsələ ilə bağlı İsfəndiyar Axundovun mövqeyini öyrəndik.
News365.az  -a açıqlamasında o bildirdi ki, 18 il bundan qabaq Rəşid adlı bir nəfər vardı:

Uşaqlarımız bir yerdə oxumuşdu.Ordan tanış idik. Bir gün o gəldi ki, “satılıx evim var”. Razılaşdıq. Pulu vermək istəyəndə dedi ki, “hələ lazım deyil. Amma biz o pulu qaytardıq. Özü gəlməsə də hər dəfə bir adamın adını verdi ki, gələcək ver ona. Həmin adamların telefonları var və sağ-salamat yaşayırlar.Sürücüsü və digər tanışları vasitəsi ilə pulun hamısını ona ödədik.  Sən demə bunun işi bu cür fırıldaqçılıq imiş. Onlar 2 qardaşdılar. Xeyli vaxt əvvəl “Gənclik”dəki “Laləndə” restoranının yiyəsinin də başına da bu cür oyun gətiriblər.

Həmin söhbətdən 18 il keçəndən sonra məni məhkəməyə verdi ki, “mən pul almamışam”. Birinci instansiya məhkəmədə şahidlərin hamısı iştirak elədi, həqiqəti söylədilər. Və məhkəmə bizim xeyrimizə qərar verdi. Apelyasiya məhkəməsi də bizim haqlı olduğumuzu dildirdi. Lakin bu adam dayanmadı və Ali Məhkəməyə şikayət etdi. Bilirsiniz ki, aşağı instansiya məhkəmələrdə iddiaçı, cavabdeh və şahidlər canlı şəkildə iştirak edir. Hər kəs dinlənildikdən sonra qərar verilir. Amma Ali Məhkəmə yalnız məhkəmə materiallarına əsasən qərar verir. Və bu dəfə Ali Məhkəmənin hakimi Azərbaycan tarixində görünməmiş bir qərar verdi ki, iddiaçı investisiya qoyub.

Halbuki bizim aramızda investisiya müqaviləsi yoxdur. Ən pisi də odur ki, aramızdakı alqı-satqı 18 il əvvəl olsa da bu adam deyir ki, pulu 2022-ci ildə İsfəndiyarın adamına vermişəm. Adını çəkdiyi Elçin adlı işçini mən 10 il əvvəl işdən çıxartmışam. Yəni qarşı tərəfin iddialarının hamısı yalandır. Bununla belə Ali Məhkəmənin hakimi yanlış qərar verib.

Mən bir daha deyirəm ki, bu adam fırıldaqçıdır. Bu işlə məşğuldur. Bir müddət əvvəl məndən DİN-ə də şikayət etmişdi. Guya mən bunu hədələmişəm.

İndi vəziyyət belədir ki, Ali Məhkəmənin hakimi qarşı tərəfin xeyrinə qərar çıxardıb. Halbuki, ən pis halda o hakim iradlarını yazıb işi geri qaytarmalı idi. Axı iki məhkəmə instansiyasında mən qazanmışam...İndi hazırlaşırıq ki, Konstitusiya Məhkəməsinə müraciət edək.

Bu gündən məhkəmə icraçıları şirkətin fəaliyyətini qadağan edib, maşınlarımıza həbs qoyulub.

News365.az  

 


Sizin reklam burada
Sizin reklam burada