“Ermənistanda kəşfiyyat da, casus da, dezinformasiya da bol-bol var” - Elçin Alıoğlu

“Ermənistanda kəşfiyyat da, casus da, dezinformasiya da bol-bol var” - Elçin Alıoğlu
14:38

“Ermənistanda kəşfiyyat da, casus da, dezinformasiya da bol-bol var”.

Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında Ermənistanın daxili informasiya mühitində baş verənləri sərt tənqid edib. Onun sözlərinə görə, Ermənistanda kəşfiyyat, casus şəbəkəsi və hər cür təxribatçı fikir yayan şəxslər kifayət qədər mövcuddur:

"Ermənistan doğrudan da yazıq ölkədir. Orada olmayan kəşfiyyat, olmayan casus şəbəkəsi, olmayan idiot yoxdur. Mika Badalyan, Ara Avanesian, Kristine Salomanyan kimi marazmatiklər çoxdur və hamısı nəyəsə, kiməsə xidmət edir," – deyə o bildirib.

Elçin Alıoğlu qeyd edib ki, həm Rusiyanın, həm də ABŞ-ın Ermənistanda güclü informasiya şəbəkələri mövcuddur. Onun sözlərinə görə, bu iki tərəfin media resursları, blogerlər və müxtəlif saytlar vasitəsilə yaydığı dezinformasiyalar ölkədə informasiya xaosu yaradır:

"Rusiya bir müddət əvvəl belə bir narrativ yaydı ki, guya 102-ci bazaya gecə-gündüz hərbiçilər gətirilir, təyyarələr enib-qalxır. Amma flayt radar sistemində belə uçuş qeydə alınmayıb. İndi isə ABŞ tərəfindən maliyyələşdirilən şəbəkə yeni iddialar irəli sürür ki, guya 102-ci baza çıxır. Bu, növbəti manipulyasiyadır," – deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada