Rusiyadan miqrantlarla bağlı ŞOK ADDIM... – Apreldən etibarən...

Rusiyadan miqrantlarla bağlı ŞOK ADDIM... – Apreldən etibarən...
05 Mar 2025 16:07

Bu ilin aprelin 30-na kimi 700 minə yaxın miqrant Rusiya Federasiyasını tərk etməli olacaq. Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev nazirliyin kollegiya iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunda Rusiya Federasiyası ərazisində qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərin sayı 700 minə yaxın olub. Nazir qeyd edib ki, həmin miqrantlar aprelin 30-na kimi sənədlərini qaydasına salmalı, hüquqi statuslarını leqallaşdırmalıdırlar. Kolokoltsev 1,5 min nəfərin qanun pozuntularına görə, Rusiya vətəndaşlığından məhrum edildiyini də söyləyib. Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən miqrasiya haqqında qanunvericiliyini sərtləşdirib. Ölkə ərazisində olan qanunsuz miqrantlara bu ilin aprelin 30-dən hüquqi statuslarını leqallaşdırmaq üçün vaxt verilib. Sənədlərini qaydasına salmayan miqrantların mayın 1-dən Rusiyadan çıxarılmasına başlanılacaq.

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bəs, buna qədər Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini nə vaxt atəşə tutmuşdu? Son zamanlar belə hadisə hansı ayda baş verib?

 Aydın olub ki, buna qədər oxşar hadisə iki ay əvvəl baş verib. Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyi martın 6-da bu xəbəri yayarkən onu da vurğulayıb ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. Bununla belə, yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.


Sizin reklam burada
Sizin reklam burada