Bəzi kəndlərdə su olmayacaq

Bəzi kəndlərdə su olmayacaq
09:44

Naxçıvan şəhərinin bəzi kəndlərində içməli suyun verilişində fasilə yaranacaq. 

News365.az xəbər verir ki, Naxçıvan şəhərinin Bulqan, Qaraçuq, Qaraxanbəyli kəndlərində təzyiqqırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq.   

Bu gün saat 10:00-dan başlayacaq təmir-bərpa işlərinin saat 12:00-da yekunlaşacağı planlaşdırılır. 

Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.


Sizin reklam burada
Sizin reklam burada