Rusiyada helikopter qəzaya uğradı

Rusiyada helikopter qəzaya uğradı
20 Fev 2026 13:47

Rusiyanın Amur vilayətində təhlükəsizlik qüvvələrini daşıyan helikopter qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, helikopterdə üç nəfər – pilot, Rusiya İstintaq Komitəsinin əməkdaşı və bir polis əməkdaşı olub.

Əlverişsiz hava şəraiti səbəbindən pilotin idarəetməni itirdiyi və helikopterin qəzaya uğradığı bildirilib.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada