“Rusiya şərq vilayətlərinə yönəlir – bölgə zəngin təbii sərvətlərlə doludur”
Rusiya 2005-ci ilə qədər daha çox cənub sərhədlərinə və Odessa istiqamətinə diqqət yetirirdi. Lakin ABŞ və Avropa dövlətlərinin siyasi təzyiqləri nəticəsində Moskva Odessa istiqamətində hücumlarını dayandırmağa məcbur qaldı.
Bu fikirləri politoloq Rüstəm Tağızadə News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya daha çox Ukraynanın şərq bölgələrinə – Sumı, Xarkov və digər vilayətlərə yönəlməkdə maraqlıdır:
“Ukraynanın şərq vilayətləri – xüsusən də Xarkov və ətraf ərazilər zəngin təbii sərvətlərlə, o cümlədən daş, kömür və digər qiymətli elementlərlə doludur. Bu ərazilər həm də ABŞ və Qərbin maraq dairəsindədir və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.”
Politoloq əlavə edib ki, Avropa dövlətləri hazırda Rusiya qazından asılılığı azaltmaq üçün alternativ resurs axtarışındadır. Bu məqsədlə Almaniyada danışıqlar aparılır:
“Avropa ölkələri düşünür ki, Rusiyadan qaz almağa davam etmək artıq risklidir və alternativ enerji resurslarına yönəlmək daha məntiqli və iqtisadi cəhətdən səmərəli olacaq.”
Rüstəm Tağızadənin fikrincə, Rusiyanın şərq vilayətlərinə hücum strategiyası həm hərbi, həm də iqtisadi məqsədlərə xidmət edir