"Ölkə rəhbərimiz xristian dəyər sisteminə qarşı müharibə aparır" -Malxasyan

"Ölkə rəhbərimiz xristian dəyər sisteminə qarşı müharibə aparır" -Malxasyan
30 May 2025 11:45

Xəbər verdiyimiz kimi Ermənistan hökumətinin dünənki iclasında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi barədə tənqidi fikirlər səsləndirməsi erməni cəmiyyətində ciddi narazılığa səbəb olub. Paşinyan kilsələrin sadəcə “tüstü çıxan bacalara” çevrildiyini deyib. O bir qədər də irəli gedərək keşişləri dini ibadət yerlərini murdarlamaqda günahlandırıb. Bundan başqa erməni din xadimləri əyyaşlıqda suçlanıb. Artıq iki gündür ki, din xadimləri və radikal müxalifət bu açıqlamalara görə ölkə rəhbərini təhqir edirlər.

"Mamul" nəşrinin yaydığı məlumata görə, “Ana Ermənistan” blokunun üzvü Derenik Malxasyan da ölkə rəhbərini aşağılayan fikirlər səsləndirib.

"Ölkə rəhbəri kürsüsündə oturan şəxsin mənəvi, siyasi və dəyərlər baxımından çoxdan uçurumun dibinə gəlib çatdığı məlum idi. Amma bu gün başqa birhadisəyə baxanda bu fenomenin hələ çox uzun bir yolda olduğunu anlayırsan. Nikol Paşinyan mənəviyyat və xristian dəyər sisteminə qarşı müharibə aparır",- o qeyd edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada