Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May- Müstəqillik Günü münasibəti ilə təbrik edib.
News365.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxışı zamanı deyib.
O bildirib ki, Müstəqillik günü münasibəti ilə cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclisin adından təbrik məktubları ünvanlayıblar.