Xəbər verdiyimiz kimi Ermənistan hökumətinin dünənki iclasında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi barədə tənqidi fikirlər səsləndirməsi erməni cəmiyyətində ciddi narazılığa səbəb olub.
Paşinyan kilsələrin sadəcə “tüstü çıxan bacalara” çevrildiyini deyib. O bir qədər də irəli gedərək keşişləri dini ibadət yerlərini murdarlamaqda günahlandırıb. Bundan başqa erməni din xadimləri əyyaşlıqda suçlanıb. Artıq iki gündür ki, din xadimləri və radikal müxalifət bu açıqlamalara görə ölkə rəhbərini təhqir edirlər.
Jurnalist və aparıcı Ara Kazaryan da gündəmə reaksiya verib. O, "Facebook"da yazıb ki, əvvəlcə bunun pis bir zarafat olduğu düşünüb.
"Amma belə deyilmiş. Bu, bir millət olaraq düşdüyümuz çətin vəziyyət kimi reallıqdır. Burada heç bir xarici düşmən günahkar sayılmır. Bu məsələdə biz özümüz günahkarıq. Bu iyrəncliyi seçənlər də, seçməyənlər də, onu tərənnüm edən pisliklərdən tutmuş, ən qızğın anti-Nikolçulara qədər dünyanın hər yerində yaşayan bütün ermənilər günahkardır... Bu azğının əziyyətini çəkən də, onu doğuran da bizik. Bu həşəratı məhv etməliyik. Əks təqdirdə, o bizi məhv edəcək. Dəccal üzümüzə tüpürür və biz tərəfdən heç bir hərəkət yoxdur",- o yazıb.
Tural