Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun müharibə veteranı Zaur Qurtsiyevin qumbara ilə partladılması işində çeçenlərin əli olduğunu iddia etməsini əks etdirən video qalmaqala səbəb olub.
Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında bununla bağlı paylaşım edib. O qeyd edib ki, bu video "deepfake"dir. Videoda səslənən məlumatlar isə reallığa uyğun gəlmir.
O, videonun iki il əvvəl çəkildiyini deyib. Görüntülərdə Vladimirovun sadəcə sahibsiz itlərin hücumu hallarından danışıb. Dudayevin sözlərinə görə, qubernatorun "yeni" çıxışı neyroşəbəkə vasitəsilə redaktə edilib. O, bunun arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını ehtimal edib.
Videonun saxta olmasını bölgə rəhbərinin özü də Telegram kanalında təsdiqləyib.
Tural