Ermənistanda siyasi xaos genişlənməkdədir. Bu dəfə siyasətçilərlə din xadimləri bir-birini təhqir etmələri ilə gündəmə çeviriliblər. Hər şey hökumətinin dünənki iclasında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi barədə tənqidi fikirlər səsləndirməsindən sonra başlayıb.
Paşinyan kilsələrin sadəcə “tüstü çıxan bacalara” çevrildiyini deyib. O bir qədər də irəli gedərək keşişləri dini ibadət yerlərini murdarlamaqda günahlandırıb. Bundan başqa erməni din xadimləri əyyaşlıqda suçlanıb. Artıq iki gündür ki, din xadimləri və radikal müxalifət bu açıqlamalara görə ölkə rəhbərini təhqir edirlər.
Məsələn, Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasının üzvü Kristina Vardanyan “Facebook” sosial şəbəkəsində paylaşım edərək yazıb ki, guya baş nazir Azərbaycandan gələn tapşırıqları icra etdiyi üçün belə davranıb. “Bəs siz, ölkənizin daxilində revanşizmlə mübarizə aparmaq üçün Azərbaycan qarşısında öhdəlik götürsəniz, nə edərdiniz?
Erməni apostol kilsəsi Ermənistanın maraqlarını müdafiə edir. Siz həmçinin sosioloji sorğunun nəticələrinə də baxın. Hansılar ki, ən yüksək reytinqə Erməni Apostol Kilsəsinin malik olmasını görərsiniz. Əhalinin 78,9%-i özlərini Erməni Apostol Kilsəsinin davamçısı hesab edir”.
Tural