“Üç qardaş ölkənin Laçında bir araya gəlməsi dünyaya verilən güclü mesajdır” – Oqtay Qasımov

“Üç qardaş ölkənin Laçında bir araya gəlməsi dünyaya verilən güclü mesajdır” – Oqtay Qasımov
29 May 2025 14:50

Laçın Beynəlxalq Hava Limanının açılışı, 28 May – Müstəqillik Günü münasibətilə keçirilən üçtərəfli zirvə görüşü və konsert proqramı simvolik və strateji əhəmiyyət daşıyır.

Bu barədə News365.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan prezidentlərinin, Pakistanın isə baş nazirinin iştirakı ilə Laçında baş tutan bu tədbir dünyaya verilən güclü siyasi mesajdır:

“İki qardaş, dost və müttəfiq ölkənin liderlərinin 28 Mayda – Azərbaycan xalqının ən önəmli bayramlarından biri olan Müstəqillik Günündə bir araya gəlməsi, bu görüşün məhz Laçında keçirilməsi və hava limanının açılması böyük simvolik məna daşıyır. Bu, Azərbaycanla həmrəyliyin, onun müstəqilliyinə və ərazi bütövlüyünə verilən açıq dəstəyin göstəricisidir.”

Politoloqun fikrincə, Laçının məkan olaraq seçilməsi də təsadüfi deyil:

“Laçın uzun illər işğalda olub, 44 günlük Vətən müharibəsindən sonra belə bir müddət bölgədə qeyri-qanuni fəaliyyətlərin mərkəzi kimi qaldı. Bu gün həmin ərazilərdə Azərbaycanın suverenliyi tam bərpa edilib. Bu tədbir həm də mesajdır ki, artıq işğal və separatizm dövrü bitib. Kim Azərbaycanın ərazi bütövlüyünü sual altına alacaqsa, qarşısında Türkiyə və Pakistanla birləşmiş Azərbaycanı görəcək.”

Oqtay Qasımov qeyd edib ki, tədbirdə verilən əsas mesajlardan biri də üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın regional sabitliyin təminatçısı kimi çıxış etdiyini göstərməkdir


Sizin reklam burada
Sizin reklam burada