Ucarda piyadanı maşın vurdu

Ucarda piyadanı maşın vurdu
30 May 2025 10:00

Ucarda piyadanı maşın vurub.

News365.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Kafedən çıxıb yaşadığı ünvana gedərkən avtomobil yolunu keçmək istəyən rayonun Alpout kənd sakini,1995-ci il təvəllüdlü Sənan Telman oğlu Səfərovu "Mercedes Vito" markalı avtomobil vurub.

    Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək ilkin yardımdan sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
    Fakt araşdırılır.


    Sizin reklam burada
    Sizin reklam burada