Almaniyanın uzaqmənzilli “Taurus” raketlərini Ukraynaya aid etmək cəhdləri mənasızdır. Bunu RİA Novosti-yə Krımdan olan keçmiş senator, Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsi yanında ekspert şurasının üzvü Olqa Kovitidi deyib.
“Almaniya başa düşməlidir ki, Kiyevə alman “Taurus” raketlərini Ukraynaya aid raketlər kimi ötürməklə dünya ictimaiyyətini aldatmaq cəhdləri açıq-aydın uğursuzluqdur”, -o vurğulayıb.
O qqeyd edib ki, hər halda Rusiya belə bir yalana görə həm Almaniyanı, həm də Ukraynanı cəzalandırmağın yolunu tapacaq.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Almaniya kansleri Fridrix Merzlə Kiyevə Taurus raketlərinin tədarükü məsələsini açıq müzakirə etməmək barədə razılığa gəldiyini bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural