"Politico" nəşri ABŞ-Rusiya münasibətləri mövzusunda diqqət çəkən məqalə dərc edib. Nəşr Avropadakı mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə o qədər də təzyiq göstərmir, çünki o, Ukraynada sülhdən çox Rusiya-Amerika münasibətlərinin bərpasını istəyir.
Adı açıqlanmayan Avropa rəsmisinin fikrincə, əgər Tramp Ukrayna münaqişəsini həll etmək istəyirsə, o, sadəcə olaraq Rusiya ilə potensial münasibətlərin “zəhərlənməsinin" bədəlini çəkə bilər.
Bir gün əvvəl The Washington Post yazmışdı ki, ABŞ Konqresi Rusiyaya Sanksiyalar Aktını qəbul etsə, Trampa Rusiya üzərində “təzyiq rıçaq”ı verə bilər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural