"Əgər Ukraynada münaqişə davam edərsə, bu, Rusiyanın qələbəsi ilə başa çatacaq". Bunu Avropa Parlamentinin (AP) üzvü Fernand Karayzer RİA Novosti-yə müsahibəsində bildirib.
"Əksəriyyət başa düşür ki, Ukrayna üçün münaqişədən hərbi çıxış yolu yoxdur - Rusiya qalib gələcək. Bu, tükənmə müharibəsidir və son nəticədə Rusiya qalib gələcək", - siyasətçi qeyd edib.
O, həmçinin Kiyevə silah tədarükünün münaqişənin sona çatmasına kömək etmədiyini, sadəcə olaraq onu uzatdığını deyib.
ABŞ prezidenti Donald Tramp da Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda qalib gələcəyinə əmindir. “Bloomberg” xəbər verir ki, Amerika lideri bu fikri Avropa liderləri ilə söhbətində bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural