Rusiya Kurskda 32 yaşayış məntəqəsini azad edib

Rusiya Kurskda 32 yaşayış məntəqəsini azad edib
09:00

Rusiya hərbçiləri 2024-cü il avqustun 6-dan Kursk vilayətində 32 yaşayış məntəqəsini azad edib.  Bu, barədə Rusiya mediası Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.  

"Təkcə martın 8-9-da "Sever" qoşun qrupuna aid bölmələrin fəaliyyəti nəticəsində yeddi yaşayış məntəqəsi azad edilib. Bunlar Malaya Loknya, Çerkasskoye Poreçnoye və Kositsa, Lebedevka, Viktorovka, Nikolaevka və Staraya Soroçinadır",-TASS yazıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada