Rusiya iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq

Rusiya iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq
11:35

Rusiya 2026-cı il iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırır.

Bu barədə  Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Qurumdan qeyd edilib ki, iyulun 14-dən 21-dək "Rosselxoznadzor"un mütəxəssisləri əvvəllər baytarlıq xidmətinin zəmanəti ilə açılmış və məhsullarını Rusiyaya tədarük edən Ermənistanın süd emalı müəssisələrində yoxlama aparıblar.

"Aşkar edilmiş pozuntularla əlaqədar "Rosselxoznadzor" Rusiya bazarında təhlükəli süd məhsullarının satışına yol verilməməsi üçün tədbirlər görüb", - məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada