"Rusiya hər ay on minlərlə hərbçisini itirir" - Zelenski

"Rusiya hər ay on minlərlə hərbçisini itirir" - Zelenski
16:02

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın müharibədə ciddi itkilər verdiyini iddia edib.

News365.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya ordusu hər ay 30 mindən artıq hərbçi itirir. O bildirib ki, itkilərin böyük hissəsini həlak olanlar təşkil edir, qalanları isə ağır yaralananlardır.

Ukrayna lideri qeyd edib ki, bu göstəricilər döyüş meydanındakı vəziyyətin Rusiyanın xeyrinə olmadığını göstərir.

“Bu, olduqca böyük rəqəmdir və müharibənin gedişatında onların üstünlük əldə etmədiyini nümayiş etdirir”, – deyə Zelenski vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada