Hökumə Əliyevanın xatirə muzeyi bu tarixdə hazır olacaq

Hökumə Əliyevanın xatirə muzeyi bu tarixdə hazır olacaq
12:27

Qızım Hökumənin xatirə muzeyi avqustun birinci yarısında hazır olacaq". 

News365.az  xəbər verir ki, bunu Teleqraf-a Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.  

"İki mərtəbə nəzərdə tutulan muzeyin hazırda ikinci mərtəbəsi tikilir. Burada qızımın şəxsi əşyaları, şəkilləri sərgilənəcək. Həmçinin onun cehizləri də muzeyə yerləşdiriləcək",- deyə C.Əliyev deyib. 

 Milli Qəhrəmanın atası qızının həyat yoldaşı Etibar Əliyevin də muzeyin tikilməsinə dəstək olduğunu açıqlayıb: 

"Etibar bəylə hər gün əlaqə saxlayırıq. Demək olar ki, muzeyin tikilməsində hər şeyə nəzarət edir. Ona düşən pulun hamısından imtina etdi və hətta ev muzeyinin tikilməsinə də maddi dəstək göstərir".   

Qeyd edək ki, Milli Qəhrəmanın xatirə muzeyi Samux rayonunun Alıuşağı kəndində tikilir.   Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.


Sizin reklam burada
Sizin reklam burada