"İlham Əliyevin məktubunda bu sahədə əldə olunmuş nailiyyətlər və gələcək hədəflər öz əksini tapıb".
News365.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, Konqresin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunması heç də təsadüfi deyil:
“Sovet dövründə, o vaxtın reallıqlarını nəzərə alsaq, 15 respublikanın heç də hamısında belə institutlar mövcud deyildi. Məhz həmin dövrdə Azərbaycanda bu sahədə institut yaratmaq asan deyildi. Lakin Heydər Əliyevin təşəbbüsü və təkidi ilə bu cür institutun yaradılması təkcə respublika səviyyəsində deyil, həm də birbaşa SSRİ rəhbərliyi səviyyəsində müzakirəyə çıxarılıb və həyata keçirilib. Bu isə həmin sahəyə verilən yüksək önəmin bariz nümunəsidir".