İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqada antirekordunu təkrarlayıb.
News365.az xəbər verir ki, “qırmızı şeytanlar” bunu "Brayton”a evdə 1:3 hesabı ilə məğlub olduqları XXII tur oyununda reallaşdırıb. Belə ki, Mançester təmsilçisi ölkə çempionatında bu mövsüm doğma meydanda keçirdiyi ilk 12 matçın 6-sını uduzub. Son dəfə belə hal 131 il öncə qeydə alınıb.
Qeyd edək ki, Ruben Amorimin baş məşqçisi olduğu komanda hazırda turnir cədvəlində 26 xalla 13-cü pillədə qərarlaşıb