Həmas - İsrail razılaşması növbəti münaqişə üçün zaman fasiləsidir- Tural İrfan yazır
Təhlil
09:26
Həmas - İsrail arasındakı atəşkəsin nəticəsi olaraq əsirlərin bir qismi azad ediləcək.
Barmaqla sayılacaq bir neçə dövləti çıxmaqla demək olar ki, bütün dünya BMT-nin qət etdiyi kimi Fələstin torpağında ikili dövlət prinsipini dəstəkləyir.
Ancaq qeyd edim ki, bu artıq mümkün görünmür. İsrail "vəd edilmiş torpaqlar" planı əsasında nəinki bütün Fələstini, hətta Türkiyənin bir hissəsi də daxil olmaqla qonşu ölkələrin ərazilərini də əldə etməyə niyyətlidir.
Fələstin tərəfi də az qala bir əsrə yaxınlaşan bu qırğın və müharibələrin nəticəsində öz torpaqlarını əldən vermək istəmirlər. Hətta bir çoxu İsraili dövlət kimi qəbul etmirlər. Görünən odur ki, Fələstin dövləti qurulsa belə müharibələr dayanmayacaq.
Tarixi, geosiyasi nəticələr onu göstərir ki, bu problem hazırki dünya düzənində həll olunmayacaq. Super güclərin güc balansı dəyişərsə həll ehtimalı yarana bilər. Türkiyə başçılığında ərəb ölkələrinin dəstəyi ilə sağlam qüdrət formalaşarsa İsrail ikili dövlət prinsipinə razılığa məcbur ola bilər.
Əks halda hər iki tərəfin dini mətnlərinin də vurğuladığı kimi Qiyamətə kimi bu savaş davam edəcək. Çünki bu elə dərinə getmiş problemdir ki, növbəti dünya müharibəsi olsa belə yenə də tam həll olunub davamlı sülh əldə olunması mümkün deyil.