“Öz səlahiyyətlərindən
istifadə edərək ictimai və dövlət sərvətini mənimsəyənlər vaxtaşırı ortaya
çıxır. Məsələ ifşa olunur, həmin şəxslər həbs olunur və insanlar bir anlıq
rahatlıq və sevinc hissi yaşayır. Amma real nəticə budur ki, həbs və yüksək cəza
itirilən dəyərləri geri qaytarmır, dağılan etibarı bərpa etmir və ölkənin
milli, ictimai və beynəlxalq nüfuzuna vurulan zərəri aradan qaldırmır”.
Bunu News365.az -a açıqlamasında iqtisadçı ekspert
Eldəniz Əmirov deyib.
O hesab edir
ki, daha təhlükəli olan odur ki, belə şəxslər çox vaxt bu davranışı əvvəlcədən
hesablayıb riskləri qəbul edirlər:
“Yaşanılmış
təcrübə.onu göstərir ki, onlar böyük qazanc əldə edib, sonra onun bir hissəsini
itirməyi, müəyyən müddət həbsdə yatmağı və sonra da qalan pullarla qalan həyatlarını
rahat yaşamağı planlaşdırırlar.
Belə
rasionallaşdırma cinayətin normallaşmasına səbəb olur və sistematik problemləri
gizlədir. Ona görə cəza tətbiqindən daha vacib məsələ elmi əsaslı preventiv
mexanizmlər və şəffaf idarəetmə sistemləri qurmaqdır ki, heç kim bu səlahiyyətlərdən
sui-istifadə edə bilməsin”.
News365.az