Gürcüstanda Saakaşvili və digər müxalifət liderlərinə cinayət işi açılıb

Gürcüstanda Saakaşvili və digər müxalifət liderlərinə cinayət işi açılıb
15:40

Gürcüstanda sabiq Prezident Mixail Saakaşvili və bir sıra müxalifət lideri barəsində dövlət çevrilişinə çağırış ittihamı ilə cinayət işi açılıb.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Georgi Qvarakidze brifinqdə bildirib.  

Qvarakidze qeyd edib ki, sözügedən ittiham üzrə M.Saakaşvili ilə yanaşı Giorgi Vaşadze, Nika Qvaramiya, Nikanor Meliya, Zurab Girçi Caparidze, Yelena Xoştariya, Mamuka Xazaradze və Badri Caparidze barəsində cinayət işi başladılıb. 

İttihamların 2022-ci ilin fevralında Ukraynada münaqişənin başlamasından sonra Gürcüstanda baş verən hadisələrlə bağlı olması qeyd olunub.

Onu da xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrında gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. Hazırda bir neçə ittiham üzrə gürcü siyasətçinin məhkəmə prosesləri davam etdirilir. 


Sizin reklam burada
Sizin reklam burada