Xaled əl-Ənani UNESCO-ya rəhbərlik edəcək

Xaled əl-Ənani UNESCO-ya rəhbərlik edəcək
16:36

UNESCO-nun üzvü olan ölkələr bu gün Xaled əl-Ənanini təşkilatın yeni baş direktoru vəzifəsinə təsdiqləyib.

News365.az xəbər verir ki, bu barədə UNESCO-nun məlumatında qeyd olunub.

O, bu postda Odri Azuleni (Fransa) əvəz edəcək.

"Təşkilatın Səmərqənddə keçirilən 43-cü baş konfransında 172 ölkənin nümayəndələri Əl-Ənaninin namizədliyini dəstəkləyib, iki nəfər "əleyhinə" səs verib, bir nəfər bitərəf qalıb", - məlumatda deyilir.

Tanınmış misirşünas olan Əl-Ənani Misir hökumətində turizm və qədim abidələr naziri vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada