Türkiyədə narkotik araşdırması - Bu 7 məşhurun təqibi dayandırıldı

Türkiyədə narkotik araşdırması - Bu 7 məşhurun təqibi dayandırıldı
15:45

İstanbulda tanınmış simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni qərar verilib. Ədliyyə Tibbi Ekspertizası tərəfindən aparılan analizlər nəticəsində qan və saç nümunələrində hər hansı maddə aşkar olunmayan Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyğu Özaslan barəsində cinayət təqibinə xitam verilib.


News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən “narkotik və ya psixotrop maddə istifadəsi” ittihamı ilə aparılan istintaq isə hələ davam edir. Bu iş üzrə araşdırılan şəxslər arasında İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Berrak Tüzünataç, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Dilan Polat, Engin Polat və Metin Akdülger kimi tanınmış adlar da yer alır.

Məlumata görə, prokurorluq istintaq çərçivəsində toplanan analiz nəticələrinə əsasən fərqli dəyərləndirmə aparacaq və prosesin növbəti mərhələsində yeni qərarlar açıqlanacaq.



Sizin reklam burada
Sizin reklam burada