Ramiz
Mehdiyevin böyük biznes imperiyasına
sahib olduğu heç kimə sirr deyil. Onun sosial-iqtisadi həyatımızın bütün
sahələrində müxtəlif şirkələti var. Təbii ki, bu imkanlar təkcə Ramiz Mehdiyevə
maddi dividentlər gətirmir, həm də onun gündəlik sağlam həyat tərzinə dəstək
verir. Onun uzun ömürlü olması və sağlam həyat yaşaması da bununla bağlıdır.
Əldə
etdiyimiz məlumata görə Ramiz Mehdiyev qida rasionuna ciddi fikir verir, ancaq
orqanik məhsullarla qidalanır. Hətta bədəninin sağlamlığı üçün müxtəlif metodlardan
istifadə edir.
Fikrimi gücləndirmək
üçün bir faktı təqdim etmək istəyirəm.
10-15 ilin
söhbətidir. İşlə bağlı İsmayıllı rayonuna ezamiyyətə getmişdik. Rayonda yeni
istifadəyə verilmiş bir heyvandarlıq kompleksində olduq. İş elə gətirdi ki,
kompleksin rəhbəri ilə aramıızda münasibət yarandı. Və növbəti görüşlərimizin
birində jurnalist marağından irəli gedərək soruşdum:
-
Bu
kompleksin əsl sahibi kimdir?
Cavab çox
qısa oldu:
-
Ağsaqqalın.
-
Bu
dağın başında heyvan saxlamaq ağsaqqalın nəyinə lazımdır?
Müsahibim
gülümsədi. Bir az düşünüb dedi:
-
Bir
söz deyəcəm, amma öz aramızda qalsın. Buradakı heyvanlar xüsusi qaydada
qidalandırılır. Onlardan alınan süd sisterna ilə hər gecə Novxanıya-ağsaqqalın
bağ evinə göndərilir. Və hər səhər ağsaqqal süd vannası qəbul edir”.
Bu dəfə sadəlöhvcəsinə
başqa bir sual verdim:
-
Bəs
o südü sonradan neynirlər?
Müsahibim
gülümsəyərək sualıma sualla cavab verdi:
-
Guya
ki, bilmirsiniz neynirlər?
Nəzərə alaq
ki, süd vannası insan üçün çox faydaılıdır. Davamlı keçirilən bu prodsedurlar
hesabına insanın dərisindəki ölü hüceyrələr yenidən bərpa olunur. Nəticədə
insanın dərisi daha sağlam və elastik olur.
Bunu bildiyi
üçün də Ramiz Mehdiyev hər gün süd vannası qəbul edir. Təbii ki, hər adam bu
vannanı qəbul edə bilmir. Bunun üçün ilk növbədə böyük imkan və şərait lazımdır
ki, hər gün vannan təp-təzə südlə dolsun.
Bu məsələnin
ikinci bir tərəfi də var. O da harınlıqdır.
S. Cəfərli