"Həyat fəlsəfəsi" necə yarandı?

"Həyat fəlsəfəsi"  necə yarandı?
09:15
Tanınmış alman filosofu və yazıçısı Rüdiger Safranski nəhəng alman filosofu Martin Haydeggerin həyatı və yaradıcılığına dair mükəmməl bir kitab yazıb. Bu təkcə bioqrafiya deyil, həm də ciddi fəlsəfə kitabıdır. Kitabda Fəlsəfi cərəyanların təşəkkülü və yaradıcılarının əsərləri ustalıqla təhlil olunub. “Həyat fəlsəfəsi”nin yaranması xüsusilə diqqətimi cəlb etdi. Safranski yazır: “1900-cü ilə qədər burjuaziya ailəsindən olan cavan insanlar yaşlı görsənmək istəyirdilər. “İzafi” cavanlıq onların cəmiyyətdə üstün mövqe tutmalarına maneçilik törədirdi. Onlar saqqal saxlayırdılar və eynək isə yüksək sosial statusun simvolu sayılırdı. Cinsi yetkinlik dövrünü yaşayan yeniyetmə -gənclər yaşlılar kimi uzun dar pencəklər geyinirdilər. Hesab edirlərdi ki, “həyat” artıq ağılsız cavanları ayıldıb. Cavanlar onlarada olan çatızmazlıqları gizlətmək üçün fürsət əldə etmişdilər. Kayzer Almaniyasında filosoflar belə bir sual qoydular: “Həyat nə üçün cavanlar üçün mənasızlaşır?” Əlbəttə ki, sualın cavabını filosoflar verməli idilər.
“Həyat fəlsəfəsi”nin tərəfdarları anladılar ki, həyat haqqında filosofluq etmək izafidir, həyatın özü bu fəlsəfə vasitəsilə “filosofluq” edir. “Həyat fəlsəfəsi” insan həyatının bir orqanı olmaq istəyir. Bu fəlsəfə sadəcə insanda hansı dəyərlərin vacib olmasını izah etmir, yeni dəyərlər yaratmaq haqqında düşüncələr ortaya qoyur. İnsanda gizlənən forma və obrazları açmaq imkanlarını genişləndirir. Bu təlim üçün dünyagörüşlərin faydası maraqlı deyil, maraqlı olan yaradıcı potensialdır, ruhu həyata yaxınlaşdırmaqdır.
Yaradıcı potensial sürəklidirsə hər kəs öz yaşında görünəcək...
Etibar Əliyev, sabiq millət vəkili

Sizin reklam burada
Sizin reklam burada