Qarabağa və
Şərqi Zəngəzura qayıtdıq. İndi baxışlarımız Qərbi Zəngəzura dikilib. Qədim-qayım
torpaqlarımıza qayıdacağımız günü inamla, həyəcanla gözləyirik.
Mövzu ilə
bağlı News365.az-a danışan axırıncı İrəvan xanı Həsən xanın nəvəsi Turxan
Turqut İrəvanla bağlı duyğusal xatirələrini dilə gətirib:
“Dədə-babalarımızdan,
nənələrimizdən, xala və bibilərimizdən bizə yalnız şəkillər miras qalıb. Şəkillərdən
başqa heç nə yoxdur. Bu gün İrəvana getsəm, ilk olaraq ‘Təpə başı’na gedərəm.
Öz evlərimizin aqibətinə baxmaq istəyərəm. Amma gedə bilmirəm. İnşallah bir gün
gedərəm”.
Turxan
Turqut bildirib ki, on minlərlə insanın doğma yurdlarından deportasiya edilməsi
tarixi ədalətsizlikdir:
“Bu qədər
insan ordan köçürüldü, belə bir şey ola bilməzdi. Amma oldu! Ora bizim doğma yurdumuzdur”.
News365.az