Ramiz Mehdiyevdən sonra sırada odur?

Ramiz Mehdiyevdən sonra sırada odur?
16:48

Ramiz Mehdiyev barəsində cinayət işinin açılması ölkədə daşları yerindən oynatdı. Çünki Ramiz Mehdiyev 25 il siyasi hakimiyyətin ən yuxarı eşalonunda yer almış birisidir. Və o vəzifədə olduğu dövrdə çox böyük kapital yığmaqla yanaşı, həm də özünə kölgə kabineti düzəldib. Bu kabinetin üzvlərindən biri də Milli Məclisin sabiq sədri Oqtay Əsədovun olduğu deyilir.

Nəzərə alaq ki, Oqtay Əsədovun da vəzifə olimpindən gedişi Ramiz Mehdiyevin Prezident Adminstrasiyanının rəhbəri postuyla vidalaşmasıyla eyni dövrə düşür. Bu faktın özü də onu göstərir ki, bu adamlar sözün hər mənasında yaxın olublar.

Maraqlıdır ki, bu gün sıradan bir deputat olmasına baxmayaraq Oqtay Əsədovun böyük biznes imperiyası var. Araşdırmalar göstərir ki, Əsədov ailəsinin Avropada, Dubay və Moskvada milyonlarla dollar dəyərində daşınmaz əmlaka sahibdir. Məsələn, ABŞ-mərkəzli araşdırma təşkilatı OCCRP bildirir ki, Əsədovun ailəsi çox sayda beş-on milyon dollar dəyərində xarici mülklər əldə edib.. Halbuki onun rəsmi maaşı parlament sədrliyi dövründə illik 30 000 USD-dən az olub.

Yerli mənbələrdə də, Bakıda və regionlarda onun hündür divarlarla əhatə edilmiş villaları, tennis kortları barədə çox yazılıb. Əsədov uzun illər boyunca yüksək siyasi vəzifədə – parlament sədri kimi çalışıb. Bu vəzifə ona struktur olaraq güclü təsir imkanları verib.

Azərsu ASC uzun müddət onun nəzarətində olub. Bu qurumun icra etdiyi milyardlıq layihələr də birbaşa onun nəzarəti altında olub.

Bundan əlavə Əsədovlar ailəsinin böyük əmlak imperiyası var. Bu imperiyanın müəyyən seqmentlərini təqdim edirik:

1. Onun həyat yoldaşı Zemfira Əsədova Moskva şəhərində, “Triumph Palace” adlı lüks yaşayış kompleksində 2007-ci ildə 148 kv m-lik mənzil alıb.

Araşdırmaya görə, həmin binada belə ölçüdə mənzillərin bazar dəyəri bu gün 1.4-1.7 milyon ABŞ dolları arasında dəyişir.

Yerli medianın məlumatına görə, Əsədovanın həmin binada iki mənzili var: biri 12-ci mərtəbədə (#65 mənzil), digəri isə 37-ci mərtəbədə (#372 mənzil).

Bir mənzilin dəyəri təxminən 2-2.5 milyon dollar, digərinin isə 5-6 milyon dollar ola bilər.

2. Moskva-da “Kapriz” adlı sauna/strip-klubun Bakı küçəsi-29 ünvanında olduğu və bu obyektin Zemfira Əsədovaya məxsus olduğu iddia edilir.

Bu obyektin bazar dəyəri təxminən 10.6 milyon ABŞ dolları və ya ~70 milyon Rusiya rublu olaraq göstərilib.

Media yazır ki, həmin obyekt 2014-cü ildə polis əməliyyatı zamanı “Kapriz”də narkotik maddələrin satışı ilə bağlı şikayət əsasında yoxlanılıb.

3. Ailə üzvlərinin – qızları və kürəkəni – xaricdə daşınmaz əmlak alışı ilə bağlı məlumatlar var.

Qızlardan biri Dubayda “Al Bateen Residences” yaşayış kompleksində mənzil alıb.

Kürəkənin isə Dubayda villa, ofis sahəsi və Londonda üç-otaqlı mənzil olduğu qeyd edilir.

4. Ailə və ona yaxın şəxslərin Rusiyadakı şirkətlər vasitəsilə biznes fəaliyyəti olduğu iddia edilir:

Rusiyanın kommersiya reyestrlərində, “AzRusTrans” MMC, “RusAquaTrade” kimi şirkətlərin həmin şəbəkəyə əlaqəli olduğu göstərilir.

Araşdırmaya görə, 2013-2018 illərdə həmin şirkətlər “Azərsu” ASC-nin, su təchizatı və kanalizasiya sistemləri layihələrinin tenderlərində iştirak ediblər; dövriyyə miqdarı təxminən 120 milyon manata qədər göstərilmişdir.

5. Onun rəsmi illik maaşı parlament sədri olduğu dövrdə 30 000 ABŞ dollarından az olub. Buna qarşılıq ailənin xaricdə milyonlarla dollarlıq mülkiyyəti olması zamanla sual doğurub.

Bu faktlar göstərir ki, siyasi vəzifədə olmuş şəxsin ailəsinin biznes və daşınmaz mülkiyyəti onun rəsmi gəlirləri ilə müqayisədə ciddi uyğunsuzluq təşkil edir.

Rusiyada yerləşən lüks obyektlər və biznes strukturları onun yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də təsir dairəsi olduğunu göstərir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada