Cənubi Koreya və Qana dəniz təhlükəsizliyi üzrə əməkdaşlığı genişləndirir.
News365.az xəbər verir ki, Qana Prezidenti Con Mahama ilə Cənubi Koreya Prezidenti Li Ce Myun iqlim siyasəti, rəqəmsal innovasiya və dəniz təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Tərəflər üç sənəd imzalayıblar.
Məlumata görə, sənədlərdən biri Koreya Sahil Mühafizəsi ilə Qana Hərbi Dəniz Qüvvələri arasında dəniz təhlükəsizliyi üzrə əməkdaşlığı nəzərdə tutan sazişdir. Razılaşmalar iki ölkə arasında təhlükəsizlik və texnoloji sahələrdə tərəfdaşlığın gücləndirilməsinə yönəlib.