Tramp İran üzərində qələbə qazandıqlarını bəyan etdi

Tramp İran üzərində qələbə qazandıqlarını bəyan etdi
10:06

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İran üzərində qələbə qazandığını bəyan edib.

News365.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ölkə başçısı bu barədə Kentukki ştatının Hebron şəhərində seçkiqabağı mitinqdə çıxış edərkən deyib.

"İcazə verin deyim ki, biz qalib gəldik. Heç vaxt qələbə barədə çox tez danışmaq istəmirsən. Biz qalib gəldik. Elə ilk saatda hər şey bitdi", - deyə ABŞ lideri bildirib.

Bununla belə, Tramp qeyd edib ki, ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək:

"Başladığımız işi başa çatdırmalıyıq ki, hər iki ildən bir geri qayıtmayaq".



Sizin reklam burada
Sizin reklam burada