Bu ölkələrdə yanacağın qiyməti bahalaşdı

Bu ölkələrdə yanacağın qiyməti bahalaşdı
18:45

İranın Hörmüz boğazını blokada etməsi səbəbindən Avropada yanacaq qiymətləri artmaqda davam edir. Məsələn, İspaniyada qiymətlər yeni rekord qırıb.

News365.az  xəbər verir ki, İspaniyada benzinin orta qiyməti litri üçün 1,60 avroya, dizel yanacağının qiyməti isə 1,645 avroya çatıb.

məlumata görə, əvvəlki həftə ilə müqayisədə benzinin qiyməti 7,67, dizelin qiyməti isə 14 faizdən çox artıb. Bu, İrandakı münaqişənin təsirinin ilk əlamətlərinin ardından həftənin əvvəlində qeydə alınan 1 faizdən çox artıma əlavədir.



Sizin reklam burada
Sizin reklam burada