Bölgədəki bütün ABŞ bazaları dərhal bağlanmalıdır, əks halda onlar hücum hədəfinə çevriləcək.
News365.az xəbər verir ki, bunu İranın yeni ali dini lideri Müctəba Xamenei müraciətində deyib.
“İran regionda heç bir hökmranlıq və ya müstəmləkəçi təsir istəmir. Lakin bütün qonşu ölkələrlə birlik və isti, qarşılıqlı münasibətlər qurmağa tam hazırdır. Region ölkələri sevimli vətənimizə təcavüz edən və xalqımızı öldürənlərlə bağlı mövqelərini aydınlaşdırmalıdırlar. Mən onlara tövsiyə edirəm ki, bu bazaları mümkün qədər tez bağlasınlar, çünki artıq onlar Amerikanın təhlükəsizlik və sülh gətirmək iddiasının yalandan başqa bir şey olmadığını anlamış olmalıdırlar”, - Xamenei bildirib.