SEPAH ABŞ bazalarına, Qüds və Təl-Əvivə ağır raketlərlə ZƏRBƏLƏR ENDİRDİ

SEPAH ABŞ bazalarına, Qüds və Təl-Əvivə ağır raketlərlə ZƏRBƏLƏR ENDİRDİ
15:31

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki bazalarına, Qüds və Təl-Əvivə bir neçə döyüş başlığına malik ağır raketlərlə zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Əl-Qüds günü (1979-cu ildə İranın təşəbbüsü ilə fələstinlilərin öz hüquqları uğrunda mübarizəsinə dəstək nişanəsi kimi təsis edilib) ərəfəsində həyata keçirilən "Əsl vəd - 4" əməliyyatının 41-ci dalğası Təl-Əviv və Qüdsdəki ABŞ-İsrail hədəflərinə, eləcə də regiondakı ABŞ silahlı qüvvələrinin bazalarına yönəldilib", - deyə açıqlamada bildirilib.

Qeyd olunur ki, zərbələr müxtəlif tipli on raketlə, o cümlədən bir neçə döyüş başlığına malik "Xorrəmşəhr" və "Qədr", həmçinin "Xeybərşəkan" və hipersəs sürətli "Fəttah"la endirilib.


Sizin reklam burada
Sizin reklam burada