Ramiz Mehdiyev işi üzrə yeni mərhələ - İstintaq gedişi dəyişəcəkmi?

Ramiz Mehdiyev işi üzrə yeni mərhələ - İstintaq gedişi dəyişəcəkmi?
16:51

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hesabına təyin olunmuş vəkilin xidmətindən imtina etməsi bir sıra suallar yaradıb. Bildirilir ki, bu addım onun müdafiə strategiyasını tamamilə nəzarətə götürmək və istintaq prosesinə daha yaxından müdaxilə etmək niyyətini göstərir. Bəzi ekspertlərin fikrincə, bir müddət əvvəl Mehdiyevin apellyasiya şikayətlərini geri çəkməsi və Rusiyaya göndərdiyi məktubun ortaya çıxması da onun öz oyun planını qurduğunu deməyə əsas verir.

Ramiz Mehdiyevin vəkilini dəyişməsi istintaqın gedişinə necə təsir göstərəcək? Bu, müdafiə taktikasında hansı yeni mərhələnin başlanğıcıdır?

Vəkil Mehman Muradlı deyib ki, sözügedən vəkil Zaur Abiyev peşəkardır və işini yüksək səviyyədə icra edən bir mütəxəssisdir:

“Ramiz Mehdiyev öz qərarı ilə vəkildən imtina edib. Əgər bundan sonra digər vəkil və ya müqavilə əsasında çalışan müdafiəçilərlə işləməyi seçibsə, bu, artıq başqa məsələdir. Lakin hesab etmirəm ki, qeyd edilən vəziyyət istintaqa hansısa formada təsir göstərsin, yaxud təzyiq yaratsın. Apellyasiya şikayətinin geri çəkilməsinə gəldikdə isə fikrimcə, Ramiz Mehdiyev hesab edib ki, bu, heç nəyi dəyişməyəcək və həmin şikayəti geri götürüb. Bunun da istintaqın gedişinə təsiri barədə danışmaq mümkün deyil”.

Mehdiyev işində gözlənilməz həmlə - İstintaqın gedişi dəyişir?

Mehman Muradlı

Vəkil istintaq orqanlarının öz işini yüksək keyfiyyətlə yerinə yetirəcəyinə inandığını qeyd edib:

“Əgər vəkillər Ramiz Mehdiyevin müdafiəsini öz üzərlərinə götürüblərsə, əlbəttə ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə bunu təmin etməyə çalışacaqlar. Lakin dediyim kimi, vəkilin dəyişdirilməsinin və ya digər addımların istintaqa təsir göstərməsi gözlənilmir”. /// Globalinfo.az


Sizin reklam burada
Sizin reklam burada