Sənədsiz evlər ölkəmizin ən böyük problemlərindən biridir. Belə mülk sahibləri
bir çox problemlərlə qarşılaşsa da evlərini sənədləşdirməyə meyilli olmurlar.
Mülk bölgüsündə mübahisə yarandıqda isə vəziyyət daha da qarışıq hal alır. Sual
yaranır. Sənədsiz mülkün bölünməsində problem yaranarsa övlad öz payını tələb
edə bilərmi?
News365.az xəbər verir ki, vəkil Mircavid Miriyev bu suala cavab verib:
“Öncə məsləhət görərdim ki, sənədsiz ev sahibləri çox gec olmamış mülklərinin
çıxarışını alsınlar. Lazım gələrsə, məhkəməyə müraciət etsinlər. Amma bunları
etməyiblərsə, unutmaq lazim deyil ki, sənədin olmaması o demək deyil ki,
mülkiyyət yoxdur. O da mülkiyyətdir sadəcə olaraq tam sənədləşdirilməmiş
mülkiyyətdir. Buna görə də övlad ev sənədisz olsa belə oradan pay tələb edə bilər.
Əgər tərəflər öz aralarında razılığa gələ bilməsələr, bununla bağlı məhkəməyə
müraciət etməlidirlər.
Evin sənədi olmasa belə, bu şəxsin mülkiyyət hüququnun olmaması anlamına gəlmir.
Mülkiyət hüquqi sahiblik, istifadə və sərəncam hüquqlarını özündə ehtiva edir.Sənədin
olması sərəncam hüququnun reallaşdırılması üçün əsasdır. Lakin çıxarış yoxdursa
bu mülki məsələ kimi qeydə alınır və məhkəmədə buna baxılır. Burada tək fərq
onda olur ki, çıxarış olmadığı üçün övlada vərəsəlik açılmır. Düzdür övlad yenə
də hər hansısa maddi pay əldə edə bilməz, çünki sənəd yoxdur və bu halda qiymətləndirmə
aparıla bilinməz. Amma evdə yaşamaq hüququ əldə etmək mümkündür. Yəni məhkəmə
evin bir hissəsini ona aid edə bilər. Sənədsiz evlərdə əsasən yaşamaq hüquqi ilə
bağlı məsələlər həll olunur”.