İran ordusu ABŞ-ın quru əməliyyatına qarşı sərt cavab verəcəyini açıqladı
Dünya
13:44
“ABŞ qüvvələri İranda quru əməliyyatına başlasa, ciddi cavabla üzləşəcək”.
News365.az “Tasnim” agentliyinə istinadən bildirir ki, bu fikirləri İran ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi səsləndirib.
O, komandanlıq mərkəzlərindən birində keçirilən onlayn müşavirədə hərbi rəhbərlərə tapşırıqlar verərək düşmənin hərəkətlərinin daim nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb. Bildirib ki, mümkün hücum ssenarilərinə qarşı hazırlanan planlar vaxtında və dəqiq icra olunmalıdır.
General-mayor Hatəmi qeyd edib ki, İran ordusu hər hansı quru müdaxiləsinə qarşı sərt və qətiyyətli reaksiya verməyə hazırdır. O, həmçinin şəxsi heyətin ölkənin müdafiəsi naminə tam səfərbər olduğunu diqqətə çatdırıb.