Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları
01 Mar 2025 21:38

Sabah Ramazan ayının ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 2-də imsak vaxtı saat 05:52-də, iftar vaxtı isə 18:48-dədir.

Martın 2-si üçün namaz vaxtları:

Sübh azanı05:52
Zöhr azanı12:53
Əsr azanı16:50
Məğrib azanı18:48
İşa azanı19:48

İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi: "İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey rəhmlilərin rəhmlisi, məni bu ayda öz ayələrini oxumağa müvəffəq et! Amin!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul eləsin!


Sizin reklam burada
Sizin reklam burada