"Qara Birliyant" Rafael Ağayevə münasibət Azərbaycanda istedadlı və bacarıqlı bütün insanlara da eynidir. Bu ölkədə Vətəni sevən, onun adını təmənnasız qoruyan, üç rəngli bayrağı enməyə qoymayan, gecə gündüz öz üzərində çalışan, əziyyət hesabına bu yerlərə gələnlərə sevgi və qayğı yoxdur. Bu ölkədə istedadlı olmaq lazım deyil, sadəcə hakimiyyətdə olan güclü adama çıxışı olan ətraf lazımdır. Ətrafın varsa sən ən yüksək yerdəsən. Biz bunu vəzifədə olanlarda, yuxarı yerlərdə oturanlarda görürük. Ömrü boyu bir uğuru olmayan ən yüksək yerdə oturubsa demək sən nə qədər istedadlı olursan ol, heç kimsən..
Hakimiyyətə olan güclü adama çıxışın olsa nazir, deputat, partiya sədri, nazir müavini, idarə rəisi və istənilən yerdə otura bilərsən, amma istedadlı adamsansa bu ölkədə ən axırıncı yerdə sən durmalısan
Rafael Ağayev gərək bunu qəbul etsin, necə ki, ölkənin digər istedadlı və bacarıqlı insanları çoxdan qəbul edib..
Vaxtilə "Çeşmə" qəzetində belə bir yumorla yazı getmişdi, xarici işlər sistemində çalışmaq üçün adam axtaranda ətraflarında olan zurna çalanı təyin etmişdilər.