Qubada tullantı poliqonu yanır

Qubada tullantı poliqonu yanır
16:41

Qubada tullantıların toplandığı poliqonda yanğın başlayıb.

Dəvədabanı yaşayış massivində yerləşən poliqonda başlayan yanğın güclü külək səbəbindən qısa müddətdə 3 hektara qədər ərazini əhatə edib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının yaxınlığındakı meşə zolağına keçməsinin qarşısı alınıb.

Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.


Sizin reklam burada
Sizin reklam burada