Qubanın Güləzi kəndində torpaq sürüşməsi yenidən aktivləşib.
Nəticədə sürüşən torpaq qatı kəndin əsas və məktəbə aparan yolunu bağlayıb.
News365.az xəbər verir ki, hadisə yerinə xüsusi texnikalar cəlb olunub və yolda hərəkət bərpa edilib.
Lakin hazırda da sürüşmə aktivliyi davam edir.
Qeyd edək ki, bu yaşayış məntəqəsində 2010-cu ildə də torpaq sürüşməsi qeydə alınıb. Hadisədən iki il sonra sakinlər Yeni Güləzi adlı yeni yaşayış məntəqəsinə köçürülüb və fərdi evlərlə təmin olunublar. Buna baxmayaraq, sürüşmə baş verən köhnə kənddə hazırda da 25 evdə yaşayış davam edir.