Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib - FOTOLAR

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib -  FOTOLAR
03 İyl 2024 16:50

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, bədii qiraət ustası Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib. Gecədə ilk olaraq sənətkarın yaradıcılığına həsr olunan qısametrajlı sənədli televiziya filmi nümayiş olunub. Filmdə görkəmli qələm və sənət adamlarının fikriləri yer alıb. Xalq şairi Fikrət Qoca, Xalq artisti Habil Əliyev, Əminə Yusifqızının Ağalar Bayramovun sənət və söz dünyası haqqında düşüncələrini bölüşürlər.

Bədii qiraət ustasının öz aparıcılığı ilə keçən gecədə sənət dostları Xalq artistləri Zaur Rzayev, Vamiq Məmmədəliyev, Teyyub Aslanov çıxış edərək sənətkarı təbrik etdilər.

Şeir və musiqinin həmahəng ritmlərində davam edən gecədə Xalq artisti Simarə İmanova, Əməkdar artistlər Qoçaq Əsgərov, Gülüstan Əliyeva, İlkin Əhmədov, Elnur Zeynalov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı və xanəndə Ayşən Mehdiyeva öz musiqi sovqatları ilə tədbirə rəng qatdılar. Solistləri tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə instrumental heyət müşayiət edirdi.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər