Qəzzada 58 mindən çox insan ölüb

Qəzzada 58 mindən çox insan ölüb
13 İyl 2025 22:15

2023-cü ilin oktyabrından bu yana Qəzza zolağında İsrailin zərbələri nəticəsində 58 mindən çox insan həlak olub.

News365.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, ümumilikdə bu müddət ərzində Qəzzada 58 026 nəfər həlak olub, 138 000-dən çox insan isə yaralanıb.

Son 24 saat ərzində Qəzza zolağında azı 134 nəfər ölüb.


Sizin reklam burada
Sizin reklam burada