NATO Baş katibi: Almaniya Avropanın hərbiləşdirilməsinə rəhbərlik edəcək

NATO Baş katibi: Almaniya Avropanın hərbiləşdirilməsinə rəhbərlik edəcək
27 Avq 2025 23:30

NATO-nun Baş katibi Mark Rutte Avropanın ən böyük iqtisadiyyatı kimi Almaniyanın regionun müdafiə sənayesinin inkişafına rəhbərlik etməli olduğunu hesab edir.

News365.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Unterlyusda "Rheinmetall" zavodunun açılışında bildirib.

Rutte silah istehsalında Rusiya və Çini qabaqlamağın vacibliyini vurğulayıb və qeyd edib ki, Avropa artıq iki il əvvəlki ilə müqayisədə artilleriya mərmilərinin istehsalını 6 dəfə artırıb. O, həmçinin tankların, hava hücumundan müdafiə sistemlərinin və raketlərin istehsalında da oxşar səylərin göstərilməsinə çağırıb.

Onun sözlərinə görə, Almaniya Avropada hərbi xərclərin artırılmasında aparıcı rol oynayaraq 2029-cu ilə qədər müdafiə sahəsinə təxminən 153 milyard avro sərmayə qoymağa hazırdır.


Sizin reklam burada
Sizin reklam burada