Bakı metropoliteni yeni vaqonlar alır

Bakı metropoliteni yeni vaqonlar alır
27 Avq 2025 21:45

Hazırda Bakı metropoliteninin xətlərində 347 vaqon (66 qatar tərkibi) sərnişindaşıma fəaliyyətinə cəlb edilir.

News365.az “Trend”ə istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, onlardan 150 vaqon (30 qatar tərkibi) innovasiyalar baxımından sonuncu - 4-cü nəslə mənsubdur.

"2025-ci ildə Bakı metropolitenində 20 yeni nəsil vaqonun (4 qatar tərkibi) xəttə buraxılması planlaşdırılsa da, əlavə 10 yeni vaqonun (2 qatar tərkibi) Bakıya gətirilməsi nəzərdə tutulub.

Hazırda qeyd edilən vaqonlardan 4 qatar tərkibi (20 vaqon) Bakıya gətirilərək üzərində komplektləşdirilmə işlərinə başlanılıb. Qeyd edilən işlərin yekun mərhələsində yeni qatarlar normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunacaq.

Ümumilikdə cari ilin sonunadək Bakı metropoliteninin yeni nəsil vaqonlarının sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq",- deyə əlavə edilib.


Sizin reklam burada
Sizin reklam burada